...

Azərbaycan Prezidenti 9 milyonuncu vətəndaşın sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 15 Yanvar 2010 20:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü respublikanın 9 milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti 9 milyonuncu vətəndaşın sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü respublikanın 9 milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etsin.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkəmizin doqquz milyonuncu vətəndaşı Əhmədli İlham İslam oğluna iyirmi min manat məbləğində vəsait ayrılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.

Xəbər lenti

Xəbər lenti