...

Bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlər araşdırılmağa başlanılıb - Azərbaycanın baş prokuroru

Siyasət Materials 20 Yanvar 2010 10:49 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bələdiyyə seçkisi ilə bağlı istintaq materiallarının daxil olan müraciətləri əsasında Baş Prokurorluqda istintaq qrupu yaradılıb. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.
Bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlər araşdırılmağa başlanılıb - Azərbaycanın baş prokuroru

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətləri əsasında Baş Prokurorluqda istintaq qrupu yaradılıb. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.

"İstintaq qrupu rayonlara çıxıb və araşdırmalara başlayıblar, nəticələr barədə ictimaiyyətə geniş açıqlama veriləcək", - Qaralov əlavə edib.

MSK ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkisindəki bəzi qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Xəbər lenti

Xəbər lenti