...

Azərbaycanın müxalif Müsavat Partiyası parlament seçkilərində yalnız AXCP ilə əməkdaşlığın tərəfdarıdır

Siyasət Materials 21 Yanvar 2010 15:12 (UTC +04:00)
"Parlament seçkilərində iştirakla bağlı təklifimiz çoxdan məlumdur və biz Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə hərəkət etməyin tərəfdarıyıq. Amma çox təəssüf ki, qarşı tərəfdən bununla bağlı müsbət reaksiya verildiyini hiss etmirik", - cümə axşamı Trend News-a Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.
Azərbaycanın müxalif Müsavat Partiyası parlament seçkilərində yalnız AXCP ilə əməkdaşlığın tərəfdarıdır

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalif Müsavat Partiyası parlament seçkilərində yalnız AXCP ilə əməkdaşlığın tərəfdarıdır.

"Parlament seçkilərində iştirakla bağlı təklifimiz çoxdan məlumdur və biz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə birgə hərəkət etməyin tərəfdarıyıq. Amma çox təəssüf ki, qarşı tərəfdən bununla bağlı müsbət reaksiya verildiyini hiss etmirik", - cümə axşamı Trend -a Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əkbərin sözlərinə görə, AXCP-nin təklifə münasibəti yubandığından, hər dairə üzrə namizədlərin müəyyənləşdirilməsi üçün hazırlıqlara başlanılıb.

"Biz vaxt itirmək istəmirik və əsas prioritetimiz hər bir seçki dairəsindən perspektivli, real gücü olan namizədlərin irəli sürülməsi olacaq", - Məclis sədri əlavə edib.

Onun fikrincə, gələcəkdə hər hansı partiya ilə əməkdaşlıq da mümkündür. "Bunu qarşılıqlı razılaşma olmadan edə bilərik. Əgər hər hansı dairədə başqa müxalifət partiyasının namizədi bizim namizədimizdən olarsa, onu da dəstəkləməyə hazırıq", - Əkbər vurğulayıb.

Məclis sədri deyib ki, seçki hazırlığı uzun müddət tələb edən bir prosesdir. "Hər hansı partiyanın mövqeyinin bizim hazırlığımıza mane olmasını istəmirik", - o xatırladıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti