...

Qərbin Əfqanıstandakı strategiyası dəyişməzsə, London iclasında iştirak etməyəcəyik - İran XİN-in mətbuat katibi

Siyasət Materials 21 Yanvar 2010 17:25 (UTC +04:00)
"Əgər onlar keçmiş səhvlərini təkrarlamaq və keçmişdə gördükləri işləri Əfqanıstanda davam etdirmək istəsələr, təbii ki, biz buna müsbət baxmırıq və iclasda iştirak etməyəcəyik", - Mhemanpərəst cümə axşamı telefonla Tehrandan Trend News-a bildirib.
Qərbin Əfqanıstandakı strategiyası dəyişməzsə, London iclasında iştirak etməyəcəyik - İran XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir T.Cəfərov/

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, Qərb ölkələrinin Əfqanıstandakı strategiyası dəyişməzsə, İran Əfqanıstanla bağlı Londonda keçiriləcək iclasda iştirak etməyəcək. "Əgər onlar keçmiş səhvlərini təkrarlamaq və keçmişdə gördükləri işləri Əfqanıstanda davam etdirmək istəsələr, təbii ki, biz buna müsbət baxmırıq və iclasda iştirak etməyəcəyik", - Mhemanpərəst cümə axşamı telefonla Tehrandan Trend -a bildirib.

Beynəlxalq agentliklərin məlumatına əsasən, yanvarın 28-də Londonda Əfqanıstanla bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Əfqanıstan Prezidenti Həmid Kərzayi, BMT-nin baş katibi Pan Ki-Mun, Əfqanıstanın qonşu ölkələri, koalisiya ölkələri, NATO, Avropa Birliyi və Beynəlxalq maliyyə qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Böyük Britaniya İranı da bu konfransda iştirak etmək üçün dəvət edib. Konfransa Böyük Biritaniya, Əfqanıstan və BMT müştərək rəhbərlik edəcək. Konfransda Əfqanıstana iqtisadi yardım və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

"Əgər görsək ki, bu iclas Əfqanıstan xalqının vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər və iclasın gündəliyində regiondakı problemlər yer alıb, o zaman iclasda iştirak etmək məsələsinə müsbət baxa bilərik", - Mehmanpərəst əlavə edib.

Xəbər lenti

Xəbər lenti