...

Amerika-Türk jurnalının növbəti nömrəsi işıq üzü görüb

Siyasət Materials 25 Yanvar 2010 15:12 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində Azərbaycan-Amerika Şurasının dəstəyi və sponsorluğu ilə birinci ABŞ-Türk jurnalı"Birlik" - in qış nömrəsi nəşr olunub.
Amerika-Türk jurnalının növbəti nömrəsi işıq üzü görüb

ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində Azərbaycan-Amerika Şurasının dəstəyi və sponsorluğu ilə birinci ABŞ-Türk jurnalı"Birlik" - in qış nömrəsi nəşr olunub. Bu barədə "Azeris" ABŞ-Azərbaycan təşkilatının məlumatında deyilir.

Jurnalın 50 səhifəlik nömrəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetindən olan tanınmış Azərbaycan mənşəli alim Lütfi Zadə ilə müsahibə dərc olunub.

Jurnalın nömrəsi, həmçinin Çin ərazisində yerləşən Uyğur muxtar regionundakı türkdilli əhalinin hüquqlarına həsr olunub.

"Birlik" jurnalı türkdilli xalqların mədəni və tarixi, həmçinin siyasi və iqtisadi həyatı haqqında materiallar dərc edir.

Jurnalın birinci nömrəsi 2008-ci ildə nəşr olunub və Şimali Amerikada ilk Türk jurnalı olub.

Xəbər lenti

Xəbər lenti