...

Çavuşoğlunun AŞ PA sədri seçilməsi Ankaranın xarici siyasətinin uğurudur - türkiyəli analitik

Siyasət Materials 27 Yanvar 2010 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Səadət Partiyasından olan keçmiş millət vəkili, professor Mehmet Bekaroğlu hesab edir ki, türkiyəli millət vəkili Mevlut Çavuşoğlunun AŞ PA-nın sədri seçilməsi Ankaranın yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir.

"Çavuşoğlunun AŞ PA sədri seçilməsi Ankaranın xarici siyasətinin uğurudur", - Bekaroğlu çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Yanvarın 25-də AŞ PA-nın payız sessiyasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Avropa Demokrat Qrupu adından AŞ PA prezidentliyinə namizəd seçilib. Bu posta Mövlud Çavuşoğlu və qrupun rəhbəri David Vilşirin namizədliyi irəli sürülüb. Mövlud Çavuşoğlu əksər səs çoxluğu ilə Avropa Demokrat Qrupu adından AŞ PA prezidentliyinə namizəd olub. AŞ PA-nın prosedurlarına görə, 2010-cu ildə hazırkı prezident Luis Maria de Puçun mandatı bitir və iki il əvvəl əldə edilən prosedur və yazılı anlaşmaya görə, 2010-cu ildə bu postu Avropa Demokrat Qrupunun namizədi tutmalıdır. Türkiyəli deputat həmçinin Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin "1932-33-cü illərdə Ukraynada "Qolodomor" cinayətinin və keçmiş SSRİ ərazisində kütləvi aclığın pislənməsinin zəruriliyi" adlı hesabat üzrə məruzəçisidir.

Bekaroğlu hesab edir ki, Çavuşoğlunun bu posta seçilməsi eyni zamanda pərdəarxası aparılan danışıqların nəticəsidir və bu, mövcüd problemlərin tam olaraq həll olunacağı anlamına gəlmir.

Onun sözlərinə görə, AŞ PA sədrinin türk olması rəsmi Ankaranın maraq dairəsində olan mözvuların gündəmə gəlməsinə yardım edəcək.

"Hesab edirəm ki, Çavuşoğlunun seçilməsi ilə AŞ PA-da Azərbaycanla bağlı mövzular da daha ciddi şəkildə gündəmə gələcək", - Bekaroğlu bildirib.

Türkiyəli analitikin sözlərinə görə, həm Türkiyə, həm də Azərbaycan Çavuşoğlunun AŞ PA sədri olmasından maksimum faydalanmalıdır.

Xəbər lenti

Xəbər lenti