...

ABŞ-da səfərdə olan deputatlar Qənirə Paşayeva və Zahid Oruc geniş auditoriyalı televiziya proqramında Azərbaycanla bağlı müzakirələrdə iştirak ediblər

Siyasət Materials 28 Yanvar 2010 11:35 (UTC +04:00)
Televiziya proqramı zamanı millət vəkilləri Azərbaycanın tarixi, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycan xalqına təzyiqlər və məhrumiyyətlər yolu ilə onun ərazilərində Ermənistan dövlətinin qurulması
ABŞ-da səfərdə olan deputatlar Qənirə Paşayeva və Zahid Oruc geniş auditoriyalı televiziya proqramında Azərbaycanla bağlı müzakirələrdə iştirak ediblər

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir T.Çiqniyev/

ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Qənirə PaşayevaZahid Oruc geniş auditoriyası olan televiziya proqramında Azərbaycanla bağlı ikisaatlıq müzakirələrdə iştirak ediblər.

Televiziya proqramı zamanı millət vəkilləri Azərbaycanın tarixi, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycan xalqına təzyiqlər və məhrumiyyətlər yolu ilə onun ərazilərində Ermənistan dövlətinin qurulması, Ermənistanda öz tarixi ata-baba yurdlarında yaşayan 100 minlərlə azərbaycanlının 1948-53-cü və 1988-ci illərdə zorla öz yurd-yuvalarından qovulması, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi, Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törətməsi, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni abidələri məhv etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi barədə geniş məlumatlar veriblər.

Televiziya proqramı zamanı Azərbaycan həqiqətləri, Xocalı soyqırımı, 1918-ci ildə ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni abidələri məhv etməsi ilə bağlı Heydər Əliyev Fondunun ingilis dilində hazırladığı sənədli filmlər də nümayiş etdirilib.

Bundan başqa, millət vəkilləri Azərbaycanın dünyada tolerantlığın ən yüksək səviyyədə olduğu ölkələrdən biri olması, ABŞ üçün Azərbaycanın bölgədəki əhəmiyyəti, həyata keçirilən böyük energi layihələri, Azərbaycanın Şərqlə Qərb arasında bir körpü kimi sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda öynadığı vacib və mühüm rol, enerji təhlükəsizliyi sahəsindəki önəmli rolu, Azərbaycanda müxtəlif sahələrdə əldə edilən uğurlar, beynəlxalq terrorizmə qarşı mübarizədə öynadığı rol barədə də ətraflı məlumatlar verib, sualları cavablandırıblar.

Millət vəkilləri ABŞ-dakı və dünyada erməni diaspor və lobbilərinin azərbaycan əlehinə qərəzli kampaniyalar apardığını, müasir dünyanın gözü qarşısında Ermənistanın törətdiyi cinayətləri ört-basdır etməyə çalışdıqlarını da vurğulayıblar.... ABŞ-dakı erməni diaspor və lobbilərinin fəaliyyəti, ermənipərəst konqresmenlərin təşəbbüsü ilə Konqresdə Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz 907-ci düzəliş və Dağlıq Qarabağın separatçı erməni rejiminə birbaşa yardımlar ayrılması məsələsinə də toxunan millət vəkilləri qeyd ediblər ki, Azərbaycan xalqı bu cür ədalətsiz qərarların yaxın gələcəkdə ləğv ediləcəyini gözləyir, çünki bu qərarlar nəinki iki ölkə arasında ətrateji münasibətlərə mənfi təsir göstərir, həm də ABŞ-ın ATƏT-Minsk qrupunun həmsədri kimi oöyektiv mövqe tutacağına da kölgə salan addımlardır. Millət vəkilləri növbəti ildönümü yaxınlaşan Xocalı soyqırımına ABŞ da daxil olmaqla dünyadakı bütün sülhsevər və insan haqlarını müdafiə edən insanları öz etiraz səslərini ucaltmağa, günahkarların cəzalandırılması istiqamətində dəstək göstərməyə çağırıb. Proqram nümayişi zamanı illərlə erməni əsirliyində və girovluğunda saxlanılan azərbaycanlılarla da bağlı məlumatlar verilib və vurğulanıb ki, müasir dünyanın gözləri qarşısında baş verən bu cür hadisələrə qarşı hər kəs öz etirazını yüksəltməlidir. Millət vəkilləri onu da qeyd ediblər ki, Azərbaycan xalqı ABŞ ictimaiyyətindən həqiqətin, ədalətin müdafiəsini, yalan və böhtanlara inanmamalarını gözləyir...

Televiziya proqramı zamanı müxtəlif sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığı, Cənubi Qafqazda və qonşu bölgələrdə baş verən proseslərlə də bağlı fikir mübadiləsi aparılıb. Proqramın aparıcısı veriliş zamanı bu cür müzakirələrin ABŞ ictimaiyyətinin Azərbaycan haqqında, onun bölgədə və dünyadakı rolu haqqında dəqiq məlumatlar əldə edə bilməsi üçün vacib və əhəmiyyətli olduğunu bildirib. Aparıcının sonda "Amerika tamaşaçılarına nə demək istərdiniz?" sualının cavabında isə, millət vəkilləri "sizi və onları Azərbaycana, gözəl ölkəmizə dəvət edirik və əminik ki, Azərbaycan sizin və onların çox xoşlarına gələcək" deyiblər...

Xəbər lenti

Xəbər lenti