...

ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya dair strategiyasını alqışlayır

Siyasət Materials 29 Yanvar 2010 11:40 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı səfirliyi ölkənin Abxaziya və Cənubi Osetiyaya dair yeni strategiyasını alqışlayır.
ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya dair strategiyasını alqışlayır

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstandakı səfirliyi ölkənin Abxaziya və Cənubi Osetiyaya dair yeni strategiyasını alqışlayır.

ABŞ səfirliyinin bəyanatında deyildiyi kimi, ABŞ strategiyanın məqsəd və vəzifələrini dəstəkləyir. "Strategiya gərginliyin aradan qaldırılmasına yönəldilən konkret addımları özündə əks etdirir, eyni zamanda Abxaziya və Cənubi Osetiya əhalisinin bu işə cəlb edilməsini nəzərdə tutur", -bəyanatda bildirilib.

Hökumət yanvarın 27 -də keçirilən iclasında Abxaziya və Cənubi Osetiyaya dair Gürcüstanın dövlət strategiyasını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti