...

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır - İlham Əliyev

Siyasət Materials 5 Fevral 2010 09:41 (UTC +04:00)
Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır - İlham Əliyev

Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış etmişlər, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Angela Merkel Azərbaycan Prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bildirmişdir. Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulamışdır.

Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirmişdir ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.

Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini demişdir. Dövlətimizin başçısı bildirmişdir ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir.

Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev demişdir ki, hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat vardır. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır.

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulmuşdur və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcəkdir.

Xəbər lenti

Xəbər lenti