Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın Rusiya ilə sərhəd ərazisində yerləşən Xaçmaz rayonunda (paytaxt Bakıdan 230 kilometr şimalda) iki balıqçı itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, dünən rayonun Niyazoba kənd sakinləri Qurban Əliyev və Elxan Məmmədov balıq tutmaq üçün qayıqla dənizə çıxıb və geri qayıtmayıblar.
Axtarış zamanı qayıq dənizin sahilində aşkar edilib, Əliyevin və Məmmədovun tapılması üçün tədbirlər davam etdirilir.