...

Azərbaycanın ədliyyə naziri Norveçin ədliyyə və polis nazirini qəbul edib

Siyasət Materials 8 Fevral 2010 18:16 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Norveçin ədliyyə və polis nazirini qəbul edib.
Azərbaycanın ədliyyə naziri Norveçin ədliyyə və polis nazirini qəbul edib

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Norveçin ədliyyə və polis nazirini qəbul edib.

Görüşdə əməkdaşlığa dair müzakirələr keçirilib, məişət zorakılığına qarşı qlobal mübarizənin gücləndirilməsi, birgə tədbirlərin təşkili, insan hüquqlarının etibarlı müdafiəsi və ədliyyənin təkmilləşdirilməsi üzrə digər məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Trend -un məlumatına görə, bu barədə bazar ertəsi Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məmmədov ötən ilin iyununda Norveçdə məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş Avropa ədliyyə nazirləri konfransının yüksək səviyyədə təşkil olunduğunu və bu işdə həmkarının xüsusi rolunu qeyd edib.

Görüşdə Norveç Krallığının ədliyyə və polis naziri Knut Storberget ölkəsi üçün aktual olan bir sıra məsələlərə toxunub, xüsusilə istintaq təcridxanalarında sıxlığın aradan qaldırılmasının, həbsin əvəzinə alternativ qətimkan tədbirlərinə üstünlük verilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin səmərəsini qeyd edib.

Xəbər lenti

Xəbər lenti