...

Azərbaycan Prezidenti Belçika Kralına başsağlığı verib

Siyasət Materials 16 Fevral 2010 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Belçika Kralı II Albertə Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmiryol qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.
Azərbaycan Prezidenti Belçika Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Belçika Kralı II Albertə Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmiryol qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti