...

Azərbaycanda patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması qaydaları təsdiq edilib

Siyasət Materials 25 Fevral 2010 15:07 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Azərbaycanda patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycan Nazirlər Kabineti "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Girov müqaviləsinin qeydiyyata alınması və qeydiyyatının aparılmasını nəzərdə tutan qaydalara əsasən müqavilə hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalayan şəxsin vəzifəsi, soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda isə onların (onun) imzası notariat qaydasında təsdiq edilir.

Qaydalarda göstərilir ki, girov müqaviləsinin qeydiyyatı ilə bağlı Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə girovqoyan şəxsin ərizəsi; girov müqaviləsi; ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patentlərin surəti; hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (zərurət olduqda); girov müqaviləsinin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd; etibarnamə (zərurət olduqda) iki nüsxədə olmaqla təqdim olunur.

Xəbər lenti

Xəbər lenti