...

Azərbaycan ilə Yunanıstan hökumətləri arasında Saziş imzalanıb

Siyasət Materials 26 Fevral 2010 13:02 (UTC +04:00)
Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanıb.
Azərbaycan ilə Yunanıstan hökumətləri arasında Saziş imzalanıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, saziş Yunanıstanın vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvəti ilə Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində imzalanıb.

Azərbaycan nümayəndə heyəti fevralın 22-23-də Yunanıstanda rəsmi səfərdə olub.

Səfər zamanı nazirliyin hər iki qurumunun nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və hər iki nazirlik arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barəsində müzakirələr aparııb.

Azərbaycan nümayəndə heyəti Afinada yerləşən "Syntagma" metro stansiyasında olub. Nümayəndə heyətinə metronun təhlükəsizlik sistemi haqqında ətraflı məlumat verilib.

Həmçinin Elefisina Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilib.

Xəbər lenti

Xəbər lenti