...

Azərbaycan Prezidenti RF Baş nazirinin birinci müavinini qəbul edib

Siyasət Materials 3 Mart 2010 20:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti RF Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin MDB məkanında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti