...

Azərbaycan Prezidenti tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Mart 2010 20:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti