• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Azərbaycanda iş adamlarının qətlinə sifariş verənin istintaqının yekunlaşması ilə bağlı hüquq-mühafizə orqanları birgə məlumat yayıb

9 Mart 2010 18:03 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin barəsindəki cinayət işinin istintaqının yekunlaşması ilə bağlı hüquq-mühafizə orqanları məlumat yayıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunur ki, 2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovu və Kamal Ələkbərovu qətlə yetirən cinayətkar dəstənin işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

İstintaqla müəyyən olunub ki, 2003-cü ilin dekabında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər.

Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayət aləti olan "Makarov" tapançası həmin il dekabrın 27-də Bakı şəhəri, B.Nuriyev küçəsi, 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.

Quliyev mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də "Makarov" tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.

İstintaqla müəyyən olunub ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus "Quş südü" adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş "Kalaşnikov" avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə), 217 (banditizm) və 228 (qanunsuz olaraq odlu silah, sursat əldəetmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər (FOTO)
Siyasət 24 Aprel 22:38
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 24 Aprel 21:05
Avropa Gimnastika İttifaqının prezidenti: Azərbaycan idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirildiyi məkana çevrilib
Siyasət 24 Aprel 19:22
Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)
Siyasət 24 Aprel 18:45
Aydın Mirzəzadə: Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
Siyasət 24 Aprel 18:09
Vüqar Rəhimzadə: Sarkisyan tarix qarşısında cavab verməlidir
Siyasət 24 Aprel 17:55
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)
Siyasət 24 Aprel 17:26
Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir
Siyasət 24 Aprel 17:02
Baş katib: BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir
Siyasət 24 Aprel 16:40
Səfir: İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir
Siyasət 24 Aprel 16:25
Emmanuel Makron: Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq
Siyasət 24 Aprel 14:07
Baş nazir: İspaniya Azərbaycanla səmimi münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini davam etdirəcək
Siyasət 24 Aprel 14:06
Miloş Zeman: Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək
Siyasət 24 Aprel 13:54
Azərbaycanda yeni medal təsis edildi
Siyasət 24 Aprel 12:56
Ombudsmanın illik hesabatı Milli Məclisdə qəbul edilib
Siyasət 24 Aprel 12:51
İşçi qrupu: Gələcəkdə ekshumasiya üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür (FOTO)
Siyasət 24 Aprel 12:13
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Siyasət 24 Aprel 11:45
Azərbaycan və İran arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Siyasət 24 Aprel 11:17
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter