...

Azərbaycan XİN ölkə vətəndaşlarını İraqa səfərdən imtina etməyə çağırır

Siyasət Materials 10 Mart 2010 12:06 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını terror hadisələri və silahlı toqquşmalarla bağlı İraqa səfərdən imtina etməyə çağırır.
Azərbaycan XİN ölkə vətəndaşlarını İraqa səfərdən imtina etməyə çağırır

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını terror hadisələri və silahlı toqquşmalarla bağlı İraqa səfərdən imtina etməyə çağırır.

İraqda əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da, vəziyyət hələ də gərgindir. Bu barədə XİN-in saytında yerləşdirilmiş məlumatda bildirilir.

XİN vətəndaşları, əsasən, Bağdad və ölkənin şimal hissələrinə səfərdən çəkinməyə çağırır. XİN hesab edir ki, həmçinin, Mosul, Kərkük, Bəsrə, Meysan, əl-Ənbər, Salah əd-Din, Diyala, Vasit, Babil, Nineva, əl-Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Ziqar əyalətlərinə edilən səfərlər də təhlükəlidir.

İraqda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, yardıma görə Azərbaycanın İordaniya səfirliyinə müraciət etmələri və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan XİN vətəndaşların nəzərinə çatdırır ki, xarici səfərlər zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Məlumatda bu da vurğulanır ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən sığortalanmayıb.  

Xəbər lenti

Xəbər lenti