...

Azərbaycan və Liviya diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında anlaşma memorandumu imzalayıblar

Siyasət Materials 10 Mart 2010 14:09 (UTC +04:00)
Azərbaycan və Liviya diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında anlaşma memorandumu imzalayıblar. Sənəd bu günlərdə Tripolidə keçirilən Azərbaycan və Liviya hökumətlərarası komissiyanın ikinci iclasında imzalanıb. Bu barədə Azərbaycan XİN mətbuat mərkəzinin məlumatında bildirilir.
Azərbaycan və Liviya diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında anlaşma memorandumu imzalayıblar

Azərbaycan, 10 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Liviya diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında anlaşma memorandumu imzalayıblar. Sənəd bu günlərdə Tripolidə keçirilən Azərbaycan və Liviya hökumətlərarası komissiyanın ikinci iclasında imzalanıb. Bu barədə Azərbaycan XİN mətbuat mərkəzinin məlumatında bildirilir.

İclas Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Liviya Xalq Sosialist Respublikasının Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsinin katibinin Asiya məsələləri üzrə müşaviri Məhəmməd Ömər Əl-Barraninin sədrliyi ilə keçirilib.

İclas zamanı Liviya Azərbaycanla iqtisadiyyat, ticarət, sərmayələrin təşviqi, energetika, sənaye, təhlükəsizlik, tikinti, kənd təsərrüfatı, təhsil, səhiyyə, idman, mədəniyyət və turizm sahələrində əməkdaşlığa hazır olduğunu bildirib. O, ümidvar olduğunu bildirib ki, komissiyanın ikinci iclası da iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

İclasın yekunları üzrə protokol və iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması haqqında anlaşma memorandumu imzalanıb.

Komissiyanın növbəti iclasının 2011-ci ildə Bakıda keçirilməsi qərara alınıb.

Tripoliyə səfər çərçivəsində Xələfov Liviyanın Baş naziri Mahmud Bağdadi ilə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Komissiyanın iclası ilə eyni vaxtda Tripolidə iki ölkənin iş adamları üçün biznes-forum keçirilib. Forumda Azərbaycanın tikinti və nəqliyyat sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri iştirak ediblər, həmçinin, Azərbaycanın iqtisadi imkanlarının təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti