...

MTN azərbaycanlı tələbələrin xaricə qaçırılmaları barədə məlumatı təsdiq etməyib

Siyasət Materials 15 Mart 2010 11:51 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 8 azərbaycanlı tələbənin xaricə qaçırılması barədə məlumatı təsdiq etməyib.
MTN azərbaycanlı tələbələrin xaricə qaçırılmaları barədə məlumatı təsdiq etməyib

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 8 azərbaycanlı tələbənin xaricə qaçırılması barədə məlumatı təsdiq etməyib.

MTN-in İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bazar ertəsi Trend -a bildirib ki, tələbələrin hansısa dini təriqət üzvləri tərəfindən ərəb ölkəsinə qaçırılması və hansısa terror düşərgəsinə yerləşdirilmələri barədə mərkəzdə məlumat yoxdur.

Bu gün KİV-də Azərbaycan Dövlət Neft Akademiyasının və Bakı Dövlət Universitetinin 8 tələbəsinin qaçırıldığı və onların hansısa dini təriqətlərdən birinin üzvləri olduqları barədə məlumat dərc edililb.

Xəbər lenti

Xəbər lenti