...

ABŞ səfirliyi Dövlət Departamentinin Azərbaycanla bağlı yanlış hesabatına görə üzr istəyib

Siyasət Materials 16 Mart 2010 17:01 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin ölkədə narkotiklərlə əlaqədar vəziyyət barədə yanlış hesabatına görə üzr istəyib.
ABŞ səfirliyi Dövlət Departamentinin Azərbaycanla bağlı yanlış hesabatına görə üzr istəyib

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin ölkədə narkotiklərlə əlaqədar vəziyyət barədə yanlış hesabatına görə üzr istəyib.

"Mən Dövlət Departamentinin hesabatına görə Azərbaycan cəmiyyətindən və tələbələrdən üzr istəyirəm. ABŞ hökuməti çox işləyir və bəzən səhv edə bilər", - ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson çərşənbə axşamı jurnalistlərə bildirib.

Azərbaycanlı tələbələr ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

100-ə yaxın tələbə ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası -2010" adlı hesabatına etirazını bildirib.

Dövlət Departamentinin martın 2-də yaydığı hesabatda deyilir ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkomandır.

"Hesabatda bildirilir ki, Azərbaycanda 300 minə yaxın narkotik aludəçisi var və onlardan 30-35 faizi tələbədir. Nəzərə alsaq ki, Azərbaycanda cəmi 140 minə yaxın tələbə var, onlardan 100 mininin narkoman olmasına dair hesabat absurddur", - piketdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirib.

Etiraz aksiyasında "ABŞ Dövlət Departamentinin qərəzli hesabatına yox deyirik", "Biz narkomaniyaya yox deyirik", "Tələbələrə böhtan atmayın" kimi şüarlar səsləndirilib.

Piketin sonunda müraciət qəbul olunub.

Azərbaycanın ali məktəblərində təhsil alan narkoman tələbələrin sayı hesabatda şişirdilib", - Devidson deyib. "Mən Dövlət Departamentinin nümayəndəsi ilə hesabata dəyişikliklərin zəruriliyi barədə söhbət etdim. Dəyişikliyin nə zaman olunacağını bilmirəm, amma bu, baş verəcək", - o bildirib.

Devidsonun sözlərinə görə, ABŞ dünyanın bir çox ölkəsi ilə bağlı belə hesabatlar hazırlayır, çünki narkomaniya müasir dövrün ən böyük problemidir.

"Biz başa düşürük ki, ABŞ-da narkotiklər problemi Azərbaycanda olduğundan daha irimiqyaslıdır. Biz etiraf edirik ki, səhv etmişik, lakin ən əsası odur ki, narkomanlığın ciddi problem olaraq qaldığı Azərbaycanla işləyirik", - Devidson vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti