...

Elmar Hüseynovun qatillərinin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail olacağıq – milli təhlükəsizlik naziri

Siyasət Materials 19 Mart 2010 13:02 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri deyib ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tam müəyyənləşdirilməsi onlar üçün prinsipial məsələdir.
Elmar Hüseynovun qatillərinin ədalət mühakiməsi qarşısına çıxarılmasına 
nail olacağıq – milli təhlükəsizlik naziri

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir A.Hüseynbala /

Elmar Hüseynovun qatillərinin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail olacağıq - milli təhlükəsizlik naziri

Azərbaycanın milli təhlükəsizlik naziri deyib ki, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tam müəyyənləşdirilməsi onlar üçün prinsipial məsələdir.

"Mən dəfələrlə bildirmişəm ki, bu cinayətlə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək istintaqın uğurla başa çatdırılması, ədalət mühakiməsi qarşısına çıxarılması bizim üçün prinsipial məsələdir və biz buna nail olacağıq", - Trend -un məlumatına görə, cümə günü milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Mahmudovun sözlərinə görə, başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur. "Gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Təkcə zaman faktoru var, lakin əminik ki, bu tezliklə baş verəcəkdir", - nazir əlavə edib.

Nazir qeyd edib ki, cəmiyyət daxilində böyük maraq və rezonans doğuran işlərlə bağlı məlumatları qanunla müəyyən edilmiş çərçivədə müntəzəm surətdə ictimaiyyətə çatdırırlar. "Sözsüz ki, müəyyən mərhələyədək biz istintaq sirrini təşkil edən məlumatları heç kimə açıqlaya bilmərik. Ancaq buna qanuni imkan və zərurət olduqda müvafiq məlumatlar vaxtaşırı surətdə mediaya çatdırılır və bu gün ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə normal və işgüzar münasibətlərimiz mövcuddur.

Elmar Hüseynovun 2005-ci ilin mart ayında qətli ilə əlaqədar cinayət işinin cari vəziyyəti haqqında konkret olaraq aşağıdakıları bildirmək istərdim. İş üzrə keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov Teymuraz Əliyevin iştirakları sübuta yetirilib və artıq 2005-ci ilin may ayında onlar təqsirləndirilən şəxslər qismində cinayət işinə cəlb olunub, barələrində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Onu da deyim ki, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu dünyanın 188 ölkəsi ilə əlaqə saxlayır. Qeyd etdiyim həmin şəxslər barədə müvafiq məlumatlar bu ölkələrin hamısına göndərilmişdir və axtarış tədbirləri səngimədən həyata keçirilir", - Mahmudov vurğulayıb.

Milli təhlükəsizlik naziri deyib ki, Azərbaycan tərəfi Gürcüstanın Baş Prokurorluğuna bu işlə bağlı hüquqi yardımın göstərilməsi, Tahir Xubanovun və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərib. "İstintaq-əməliyyat qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə bağlı dəfələrlə Gürcüstana ezam ediliblər. Burada müəyyən problemlər var ki, onlar da hər bir ölkənin milli qanunvericiliyindəki müvafiq müddəalar və prosedur qaydaları ilə bağlıdır. Hər bir halda bizim bütün tərəfdaşlarla, o cümlədən, qonşu ölkələrin xüsusi xidmət orqanları ilə normal və işgüzar münasibətlərimiz var. Qarşıya çıxan məsələləri birgə səylərlə həll etməyə çalışırıq", - o, xatırladıb.

Mahmudov bildirib ki, cinayətdə istifadə olunmuş silahın mənşəyi və sahibinin müəyyənləşdirilməsi məqsədilə müstəntiqlər Rusiya və Bolqarıstanda ezamiyyətdə olublar. "Bu işin istintaqına nə qədər ciddi önəm verildiyi aşağıdakı statistik göstəricilərdən aydın görünür: istintaqın ötən dövrü ərzində 600-dən artıq şahid dindirilib, təxminən 160 baxış, axtarış və götürmələr aparılmış, 20 ekspertiza təyin olunmuş, 51 tanınma keçirilmişdir. Bu işdə digər hüquq- mühafizə orqanlarının köməyini də qeyd etmək istərdim", - nazir deyib.

Onun fikrincə, son günlər bəzi KİV-də dərc olunan yeni "açıqlamalar" böhtan xarakterli məntiqsiz və məsuliyyətsiz yozmalardan başqa bir şey deyil. "Mətbuatda yayılan yozmalarla bağlı bir məqama da toxunmaq istəyirəm. Biz bütün jurnalistləri obyektiv olmağa, hər bir məsələyə şəxsi və qrup mənafeyindən deyil, əsl vətəndaş, cəmiyyət və ümumdövlətçilik, milli maraqlar mövqeyindən yanaşmağa çağırırıq. Ucuz və yalan sensasiyanın ömrü qısa olur. Obyektivlik və həqiqət isə ən düzgün meyar, ölçüdür", - Mahmudov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti