...

Mixail Saakaşvili Novruz Bayramının Gürcüstanın Ümummilli Bayramı elan olunması haqda fərman imzalayıb

Siyasət Materials 25 Mart 2010 16:11 (UTC +04:00)
Gürcüstanda Novruz Bayramı münasibətilə 21 Mart istirahət günü elan edilib. Trend News-a Prezident Мixail Saakaşvili administrasiyasından verilən məlumata görə, dövlət başçısı bu barədə fərmanı martın 23-də imzalayıb.
Mixail Saakaşvili Novruz Bayramının Gürcüstanın Ümummilli Bayramı elan olunması haqda fərman imzalayıb

Gürcüstan, Tbilisi, 25 mart/ Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda Novruz Bayramı münasibətilə 21 Mart istirahət günü elan edilib. Trend -a Prezident Мixail Saakaşvilinin administrasiyasından verilən məlumata görə, dövlət başçısı bu barədə fərmanı martın 23-də imzalayıb.

Martın 21-də Gürcüstan Prezidenti azərbaycanlıların sıx yaşadıqları Marneulidə Novruz Bayramının Ümummilli Bayram kimi qeyd olunacağını vəd edib.

Gürcüstanda yarım milyona yaxın azərbaycanlı müsəlman və bir neçə min gürcü müsəlman (Acariyada) yaşayır. Onlar Novruz Bayramını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti