...

Azərbaycan Müdafiə Nazirliyi əsgərin hərbi hissə komandiri tərəfindən öldürüldüyü barədə məlumatı təkzib edib

Siyasət Materials 30 Mart 2010 16:49 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi əsgər Vüqar Pənahinin hərbi hissə komandiri tərəfindən öldürüldüyü barədə məlumatı təkzib edib.
Azərbaycan Müdafiə Nazirliyi əsgərin hərbi hissə komandiri tərəfindən öldürüldüyü barədə məlumatı təkzib edib

Azərbaycan, Bakı, 30 mart / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi əsgər Vüqar Pənahinin hərbi hissə komandiri tərəfindən öldürüldüyü barədə məlumatı təkzib edib.

"Heç bir əsas, dəlil və sübut gətirmədən əsgərin guya hərbi hissə komandiri tərəfindən güllələndiyi, hadisədən əvvəl yenə həmin komandirin Vüqarı guya ayağından silahla vurduğu iddia olunur. Bunların heç biri söylənilən kimi deyil", - Trend -un məlumatına görə, bunu mətbuata açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Bəzi KİV-lər Pənahinin hərbi hissənin komandiri tərəfindən öldürüldü barədə məlumat yayıb.

Sabiroğlu bildirib ki, əsgər martın 26-da Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində düşmən gülləsindən şəhid olub.

"Müharibə şəraitində itkilərimizin olmayacağına təminat vermək çox çətindir. Elə cəbhə əraziləri vardır ki, tərəflər 50-100 metr məsafədə üzbəüz dayanırlar. Atəşkəsin pozulduğu anda hər iki tərəfdən itkilərin olduğu qaçılmazdır. Nə etməli ki, bu, indi həyatımızın reallığıdır", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti