...

Gürcüstan XİN rəhbərinin müavini Rusiyanın Moskvadakı terror aktlarından yeni təcavüzkarlıq üçün bəhanə kimi istifadə edəcəyindən narahatdır

Siyasət Materials 2 Aprel 2010 20:07 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin birinci müavini Qiqa Bokeriya Moskvada baş vermiş terror aktlarından Rusiya tərəfinin yeni təcavüzkarlıq üçün bəhanə kimi istifadə edəcəyindən ehtiyat edir.
Gürcüstan XİN rəhbərinin müavini Rusiyanın Moskvadakı terror aktlarından yeni təcavüzkarlıq üçün bəhanə kimi istifadə edəcəyindən narahatdır

Gürcüstan, Tbilisi, 2 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Qiqa Bokeriya Moskvada baş vermiş terror aktlarından Rusiya tərəfinin yeni təcavüzkarlıq üçün bəhanə kimi istifadə edəcəyindən ehtiyat edir. Bu barədə o, "The Washington Times"a müsahibəsində bildirib.

"Gürcüstan rəhbərliyi Moskvada baş vermiş terror aktlarından Rusiya tərəfinin yeni təcavüzkarlıq üçün bəhanə kimi istifadə edəcəyindən narahatdır", - o bildirib.

Qəzet Moskvada baş vermiş terror aktlarında "gürcü izi"nin mümkünlüyü barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bəyanatını xatırladır.

"Bu bəyanat bizi sözsüz ki, metroda baş verən terror aktlarından Rusiyanın Gürcüstana qarşı istifadə edə biləcəyinə görə narahat edir", - Bokeriya bildirib.

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutun direktoru Svante Kornel bu fikirlə qismən razılaşıb. Onun fikrincə, Moskvanın sonuncu ittihamı "təhlükəli fon" yaradır.

Xəbər lenti

Xəbər lenti