...

Qonşularla münasibətdə əsas silah diplomatiya və problemlərin dinc həlli olmalıdır - Gürcüstan patriarxı

Siyasət Materials 5 Aprel 2010 13:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan kimi kiçik ölkə üçün xarici siyasətdə, xüsusən də qonşu dövlətlərlə münasibətlərdə əsas silah diplomatiya və problemlərin dinc həlli olmalıdır. Hökumətə bu müraciət bütün Gürcüstanın katolikos-patriarxı, zati-müqəddəsləri İkinci İlyanın Pasxa məktubunda əksini tapıb.

"Həmçinin, xalqlarımız arasında inamı bərpa etmək üçün abxazlar və osetinlərlə birbaşa dialoqa başlamaq lazımdır. Onlar başa düşməlidirlər ki, dünyada qloballaşma prosesi gedir, biz onsuz da bir yerdə yaşamalıyıq. Bilmirəm, bu onlar üçün nə qədər məqbuldur, lakin onların nicatı üçün zəmanət məhz bundadır", - bildirib.

Patriarx həmçinin hesab edir ki, "onu da nəzərə almaq lazımdır ki, əgər bu münaqişə - beynəlxalq qüvvələrin qarşıdurmasıdırsa, təbii ki, onların iştirakı olmadan bunu həll etmək mümkün olmayacaq". "Lakin hamı bilməlidir ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə və birliyimizə qarşı digər dəyərlər mövcud deyil", - o vurğulayıb.

"Mən hər zaman ümid etmişəm və inanmışam ki, tez və gec Gürcüstan bütöv olacaq. Ona da inanıram ki, dünyəvi anlamda bizim vəziyyətimiz nə qədər ağır olsa da, Tanrı üçün mümkün olmayan heç nə yoxdur. Ən əsası, Tanrı həqiqətini və ədalətini axtarmaqdır ki, bunun əvəzi bizə veriləcək", - zati-müqəddəsləri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti