Azərbaycanın solçu partiyasının həmsədri deputatlığa namizədliyini irəli sürəcəyi haqda qərar verib

Siyasət Materials 6 Aprel 2010 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın solçu partiyasının həmsədri Parlament seçkilərində namizədliyini irəli sürəcəyi haqda qərar verib.

"Namizədliyimi irəli sürəcəyəm. Amma seçkilərdə qalib gəlib-gəlməyəcəyimi iddia edə bilmərəm", - çərşənbə axşamı TrendAzərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

ASDP həmsədri deyib ki, maliyyə imkanları aşağı səviyyədə olduğundan, deputatlığa irəli sürəcəkləri namizədlərin sayı da məhdud sayda olacaq. "Biz bəri başdan imkanlarımızı nəzərə almışıq. Bu səbəbdən yalnız seçki kampaniyası zamanı maliyyə problemlərinin həllini öz üzərinə götürəcək partiya üzvlərimiz namizədliklərini irəli sürəcəklər", - Əlizadə vurğulayıb.

Onun fikrincə, namizədliklərini irəli sürəcək partiya üzvləri seçkilərdə uğur əldə etmək şanslarının olub-olmadığını da nəzərə almalıdırlar.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda Rusiyada mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

Xəbər lenti

Xəbər lenti