Bakıda "Diqqət, piyada!" təhlükəsizlik aylığı başlayacaq

Siyasət Materials 8 Aprel 2010 13:05 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev cümə axşamı Trend-ə bildirib ki, son vaxtlar piyadalarla bağlı yol qəzalarının sayında artım müşahidə edilir. Bu səbəbdən də İdarənin rəisi Nuşirəvan Səfərovun göstərişi ilə piyadalarla bağlı təhlükəsizlik aylığının keçirilməsinə qərar verilib.
Bakıda "Diqqət, piyada!" təhlükəsizlik aylığı başlayacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aprelin 15-dən "Diqqət, piyada!" təhlükəsizlik aylığı başlayacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev cümə axşamı Trend-ə bildirib ki, son vaxtlar piyadalarla bağlı yol qəzalarının sayında artım müşahidə edilir. Bu səbəbdən də İdarənin rəisi Nuşirəvan Səfərovun göstərişi ilə piyadalarla bağlı təhlükəsizlik aylığının keçirilməsinə qərar verilib.

Aylıq mayın 15-dək davam edəcək.

Cari ilin yanvar-mart aylarında Bakıda 238 yol qəzası zamanı 82 nəfər həlak olub, 240 nəfər xəsarət alıb. Qəzaların 144-ü piyadavurmadır. Qəzalarda 44 piyada həlak olub, 116 nəfər yaralanıb. Hesabat dövründə yol-hərəkət qaydasını pozan 4004 piyada cərimələnib.

Xəbər lenti

Xəbər lenti