...

Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri olacaq

Siyasət Materials 10 Aprel 2010 10:22 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) üzvü, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin üzvü Polad Bülbüloğlu mayın 22-də DHƏF-in İdarə Heyətinin sədri olacaq.
Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri olacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) üzvü, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin üzvü Polad Bülbüloğlu mayın 22-də DHƏF-in İdarə Heyətinin sədri olacaq. Bu qərar cümə günü DHƏF və HƏŞ-in birgə iclasında qəbul olunub. Bu barədə DHƏF-in mətbuat katibi Aleksandr Kaluqin telefonla Trend-ə bildirib.

Hazırda DHƏF-in İdarə Heyətinin sədri Qazaxıstanın təhsil və elm naziri Janseit Tuymebayevdir.

Azərbaycan DHƏF-in yaradılması haqqında müqaviləni imzalayan səkkizinci ölkədir. Müqaviləni Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan Özbəkistan da imzalayıb.

Xəbər lenti

Xəbər lenti