Gürcüstan bu gün Bişkekə humanitar yardım göndərəcək – Baş nazir

Siyasət Materials 10 Aprel 2010 15:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N.Kirsxalia/

Gürcüstan bu gün Qırğızıstana humanitar yardım göndərəcək. Bu barədə Gürcüstanın Baş naziri Nika Qiluari hökumət iclasında bildirib.

"Qırğızıstan yardım istəyib, və Gürcüstan xahişi yerinə yetirən ilk ölkələrdən biri olacaq. Biz bu axşam Gürcüstan xalqına dost olan Qırğızıstan xalqına təyyarə ilə humanitar yardım göndərəcəyik", - o deyib.

Bişkekə ilk növbədə, Qırğızıstanın bu gün xüsusən ehtiyyac duyduğu dava-dərman göndəriləcək, Gürcüstanın səhiyyə naziri Aleksandr Kvitaşvili deyib.

Xəbər lenti

Xəbər lenti