...

MDB PA Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı geniş fəaliyyət planı hazırlayır

Siyasət Materials 13 Aprel 2010 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu (MDB PA DİMBİ) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı geniş fəaliyyət planı hazırlayır.

"Fəaliyyət planında müxtəlif istiqamətlərdə sorğu və monitorinqlər, maarifləndirmə tədbirləri və müşahidə fəaliyyəti əksini tapacaq", - çərşənbə axşamı Trend-ə MDB PA DİMBİ Bakı filialının mətbuat xidmətindən bildirilib.

Parlament seçkilərində Azərbaycanın bir neçə bölgəsində Bakı filialının regional qərargahlarının təşkili də nəzərdə tutulur. "Yaxın günlərdə planın təsdiqlənməsi və ondan irəli gələn işlərin icrasına başlanacaq", - məlumatda vurğulanır.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti