...

Gürcüstanda Azərbaycanlı Tələbələr Assosiasiyası erməni icmasının tələbinə cavab olaraq Gürcüstan Parlamentinə müraciət edib

Siyasət Materials 14 Aprel 2010 09:44 (UTC +04:00)
Tarixi parlamentlər və dövlət qurumları deyil, alimlər öyrənməli və qiymət verməlidir. Bu barədə Gürcüstanda Azərbaycanlı Tələbələr Assosiasiyasının 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş "erməni soyqırımı"nın tanınması ilə bağlı Gürcüstanın erməni icmasının ölkə parlamentinə müraciətinə cavab bəyanatında deyilir.

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 13 aprel /Trend, müxbir N.Kirsxalia/

Tarixi parlamentlər və dövlət qurumları deyil, alimlər öyrənməli və qiymət verməlidir. Bu barədə Gürcüstanda Azərbaycanlı Tələbələr Assosiasiyasının 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş "erməni soyqırımı"nın tanınması ilə bağlı Gürcüstanın erməni icmasının ölkə parlamentinə müraciətinə cavab bəyanatında  deyilir.

"Biz 1915-ci il "soyqırımı" ilə bağlı ittihamları rədd edirik və ona görə də bəzi dövlətlərin və parlamentlərin ədalətsiz qərarlarını pisləyirik. Rəsmi Ankaranın bu problemin öyrənilməsi üçün öz arxivlərini açmağa hazır olduğunu bəyan etməsinin fonunda bu cür qərarlar başa düşülən deyil", - bu gün Gürcüstan Parlamentinə göndərilən bəyanatda bildirilir.

"Əgər bu ölkələr həqiqətin öz yerini tapmasında maraqlıdırsa, onda ilk növbədə 20-ci əsrdə baş vermiş Xocalı faciəsinə baxmalıdırlar, erməni "soyqırımı"na yox.  Yalnız bir gecədə ermənilər tərəfindən 613 nəfər qətlə yetirilib. Onların arasında 63 uşaq, 106 qadın, 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib", -bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, "Azərbaycanın tarixində digər qanlı tarixlərdən biri 1918-ci ilin mart ayıdır. O zaman erməni millətçiləri tərəfindən 60 min nəfər öldürülüb".

"Soyqırım siyasətini erməni millətçiləri həyata keçiriblər. Onlar bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından qovublar və öz xarici himayədarlarının yardımı ilə erməni dövləti yaratmağa cəhd göstəriblər. Bu, başqasının torpaqlarını mənimsəmək məqsədilə törədilən əsl soyqırım idi", - Azərbaycanlı Tələbələr Assosiasiyasının bəyanatında deyilir.

Gürcüstanın erməni icması ölkə prezidentinə və parlamentinə müraciət edərək 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin müzakirəsini xahiş edib.

Erməni icmasının bəyanatında hakimiyyətə müvafiq qanun layihəsinin hazırlanması xahişi ilə  müraciət olunur.

Müraciət müəllifləri qeyri-hökumət təşkilatlarıdır.

Xəbər lenti

Xəbər lenti