...

Gürcüstan Prezidenti Co Bayden ilə görüşəcək

Siyasət Materials 14 Aprel 2010 12:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 aprel /Trend, müxbir N.Kirsxaliya/

Vaşinqtonda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün ABŞ-ın vitse-prezidenti Co Bayden və senator Riçard Luqar ilə görüşəcək.

Prezident Saakaşvilinin administrasiyasından verilən məlumata görə, görüş zamanı əsas diqqət Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyətə, ölkənin üzləşdiyi təhlükələrə, cari islahatlara, seçkiqabağı vəziyyətə, demokratik və ədalətli seçkilərin keçirilməsinin təmin olunmasına və digər məsələlərə yönələcək.

Gürcüstan Prezidenti nüvə təhlükəsizliyi sammitində çıxış edib. Saakaşvilinin bəyanatına görə, onun ölkəsi qlobal təhlükələrin azaldılmasında fəal iştirak edir. Onun sözlərinə görə, beynəlxalq birliyin köməyi ilə mümkün insidentlərin qarşısı alınıb. Lakin Gürcüstanda hələ də təhlükəli yerlər qalmaqdadır və bunlar əsasən, beynəlxalq monitorinqin keçirilmədiyi işğal olunmuş ərazilərdir.

Xəbər lenti

Xəbər lenti