...

Azərbaycan Prezidenti Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 16 Aprel 2010 21:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Respublika Uşaq Xəstəxanasının əsaslı təmir və müasir avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti