...

Rusiyanın Azərbaycandakı səfirliyi Böyük Vətən müharibəsi veteranlarının şərəfinə bayram tədbiri keçirib

Siyasət Materials 5 May 2010 18:04 (UTC +04:00)
Çərşənbə günü Rusiya Fededrasiyasının Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsi veteranlarının şərəfinə bayram tədbiri keçirilib.
Rusiyanın Azərbaycandakı səfirliyi Böyük Vətən müharibəsi veteranlarının şərəfinə bayram tədbiri keçirib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Tarıverdiyeva/

Çərşənbə günü Rusiya Fededrasiyasının Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsi veteranlarının şərəfinə bayram tədbiri keçirilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin veteranları salamlayaraq onlara Böyük Qələbəyə görə minnətdarlığını bildirib.

"Mənim ilk təbrikim bu müharibənin bütün ağırlığını çiyinlərində daşıyan veteranlaradır. Qələbə sovet xalqının bütün sınaqlara tab gətirməsi sayəsində əldə olunub", - Doroxin deyib.

Səfir Azərbaycanın qələbəyə verdiyi töhfəni qiymətləndirib.

"Biz Azərbaycandan 600 min nəfərin cəbhəyə çağırılması və onlardan 200 min nəfərin qayıtmaması barədə bilirik, - səfir deyib. - Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb".

Onun sözlərinə görə, müharibə zamanı əsgərin hansı millətdən olması önəmli deyildi.

"Şadam ki, qələbənin ildönümünü biz Azərbaycanda qeyd edirik. Burada Prezident İlham Əliyevin sayəsində bu gün böyük dövlət bayramı kimi qeyd olunur", - Doroxin bildirib.

Səfirlikdəki tədbir zamanı Azərbaycanda yaşayan və Rusiya vətəndaşı olan 27 veteran təltif edilib. Onlara yubiley medalları, Rusiya Prezidenti Dmitri Medvedyevin təbriki təqdim olunub.

Xəbər lenti

Xəbər lenti