...

Azərbaycan Parlamentində fərdi məlumatlarla bağlı qanun qəbul olunub

Siyasət Materials 11 May 2010 13:23 (UTC +04:00)
Azərbaycan Parlamentində "Fərdi məlumatlar haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Azərbaycan Parlamentində fərdi məlumatlarla bağlı qanun qəbul olunub

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Fərdi məlumatlar haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

"Bu qanun fərdi məlumatların toplanması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və və vəzifələrini müəyyən edir",  - Trend-in məlumatına görə, çərşəndə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, bu qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimlənməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılmasını, informasiya sistemlərinin yaradılması, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. "Fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti