...

Azərbaycan Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədrliyi alqışlayır - xarici işlər nazirinin müavini

Siyasət Materials 13 May 2010 20:58 (UTC +04:00)
Azərbaycan Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri formatına cəlb edilməsini yalnız alqışlaya bilər. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.
Azərbaycan Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədrliyi alqışlayır - xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Y.Ostapenko/

Azərbaycan Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri formatına cəlb edilməsini yalnız alqışlaya bilər. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

"Həmsədrlər institutu əbədi xarakter daşımır. İlk vaxtlarda Minsk qrupunun həmsədri bir dövlət olub. 1994-cü ildən 1996-cı ilə qədər onların sayı iki olub. 1997-dən həmsədrlik üç ölkə formatında davam etdirilir", - Əzimov deyib. - "Əgər həmsədrliyin formatı üç ölkəyə qədər genişlənibsə, bu zaman dörd ölkədən də danışmaq olar".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mediator rolunu oynayan Minsk qrupuna Türkiyənin həmsədrliyi məsələsi çoxdan müzakirə olunur. Yaxın günlərdə Türkiyədə səfərdə olmuş Rusiya Prezidenti Dmitri Medvedev Moskvanın Türkiyə ilə birgə Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərməsi barədə bəyanat verib.

"Bunun üçün, ilk növbədə, Türkiyə rəsmi olaraq öz istəyini bildirməli və Minsk qrupunun digər həmsədrləri ilə bu məsələyə dair müzakirələr aparmalıdır", - Əzimov deyib.

Onun sözlərinə görə, Türkiyənin həmsədrliyi yalnız bu məsələyə dair konsensusa gəldikdə mümkündür.

Xəbər lenti

Xəbər lenti