...

Azərbaycan AŞ PA-nın monitorinq komitəsinin məruzəsini normal qiymətləndirir

Siyasət Materials 14 May 2010 20:20 (UTC +04:00)
Parisdə mayın 19-da AŞ PA-nın monitorinq komitəsinin iclası baş tutacaq. Bu, AŞPA-nın iyun sessiyasından qabaq keçiriləcək iknci iclası olacaq və burada Azərbaycanla bağlı məsələ müzakirə olunacaq.
Azərbaycan AŞ PA-nın monitorinq komitəsinin məruzəsini normal qiymətləndirir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tarıverdiyeva/

Parisdə mayın 19-da AŞ PA-nın monitorinq komitəsinin iclası baş tutacaq. Bu, AŞPA-nın iyun sessiyasından qabaq keçiriləcək iknci iclası olacaq və burada Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. Bu barədə cümə günü Bakıda jurnalistlərə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"Bu gün mənə məruzə göndəriblər. Prinsip etibarilə o, normaldır. Əlbəttə, orada bizim razılaşmadığımız və həqiqətəuyğun olmayan məqamlar çoxdur. Lakin buna baxmayaraq, bu məruzənin axıra qədər işlənməsi iyun sessiyasına qədər davam edəcək və məruzəçilər Andreas HerkelJozef Debono Qrexin təqdim edəcəyi məruzə ötən ildəkinə nisbətən daha balanslaşdırılıb", - Seyidov deyib.

Onun sözlərinə görə, bu, daha çox onların Azərbaycana olan münasibətinin dəyişməsi ilə deyil, Azərbaycanın Avropa Şurasında mövqeyinin möhkəmlənməsi ilə bağlıdır.

"İki məruzəçidən başqa, Azərbaycanla Avropa millət vəkilləri də yaxşı tanışdır", - Seyidov deyib.

Seyidovun sözlərinə görə, Azərbaycanı qeyri-obyektiv formada təqdim etmək, ilk növbədə, məruzəçilərin özləri üçün sərfəli deyil. "Biz ümid edirik ki, müzakirələr Azərbaycan üçün konstruktiv və faydalı olacaq", - nümayəndə heyətinin rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti