...

Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin qeyri-formal görüşündə təmsil olunacaq

Siyasət Materials 15 May 2010 13:24 (UTC +04:00)
Azərbaycan "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin XİN rəhbərlərinin mayın 24-də Polşanın Sopot şəhərində keçiriləcək qeyri-formal görüşündə təmsil olunacaq.
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin qeyri-formal görüşündə təmsil olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin XİN rəhbərlərinin mayın 24-də Polşanın Sopot şəhərində keçiriləcək qeyri-formal görüşündə təmsil olunacaq.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsinə həsr olunacaq XİN rəhbərlərinin görüşündə iştirak etməyi planlaşdırır. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov şənbə günü məlumat verib.

Sopotda Aİ ölkələrinin xarici işlər nazirlərinin və təşəbbüskar ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşü baş tutacaq.

Avropa İttifaqı tərəfindən 2009-cu ilin mayında təsdiq edilmiş "Şərq tərəfdaşlığı" proqramı Aİ-nin şərq qonşuları ilə əməkdaşlığının aktivləşdirilməsini nəzərdə tutur.

Həyata keçirilməsi üçün 600 milyon avro ayrılan proqrama Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldova daxildir.

İsveçin dəstəyi, Polşanın təşəbbüsü ilə irləi sürülmüş "Şərq tərəfdaşlığı" proqramının məqsədi, müəlliflərin ilkin ideyasına görə, proqramın iştirakçısı olan ölkələri Avropa İttifaqı ilə inteqrasiyaya yaxınlaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti