...

Türkiyə iyunun 17-dən Naxçıvana hava yolu ilə daşımalara başlayacaq - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 18 May 2010 02:27 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzanması məsələsinin gündəmdə olduğunu bəyan edib.
Türkiyə iyunun 17-dən Naxçıvana hava yolu ilə daşımalara başlayacaq - Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzanması məsələsinin gündəmdə olduğunu bəyan edib.

"Planlaşdırdığımız kimi, qətiyyətli bir şəkildə bu fəaliyyəti davam etdiririk və etdirəcəyik. Bundan kimsə narahat olmasın. Çünki, Naxçıvanın bu problemini həll etmək bizim əsas vəzifəmizdir. Bildiyiniz kimi, iyunun 17-dən hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər. Türk Hava Yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir" bunu Ərdoğan Bakıda jurnalistlərə açıqlamasında deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti