...

Litva Seyminin sədri İrena Dequtiene Gürcüstana gəlib

Siyasət Materials 24 May 2010 12:39 (UTC +04:00)
Litva Seyminin sədri İrena Dequtiene bazar ertəsi ikigünlük səfərlə Gürcüstana gəlib. Spiker Tbilisi aeroportunda bildirib ki, son illər ərzində Gürcüstan çox işlər görüb.
Litva Seyminin sədri İrena Dequtiene Gürcüstana gəlib

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Litva Seyminin sədri İrena Dequtiene bazar ertəsi ikigünlük səfərlə Gürcüstana gəlib. Spiker Tbilisi aeroportunda bildirib ki, son illər ərzində Gürcüstan çox işlər görüb.

"Xüsusilə iqtisadi sahədə əldə olunan uğurlar bizdə fərəh doğurur", - o qeyd edib.

Bu gün müqəddəs Troitsa kilsəsinə baxışdan sonra, Dequtiene Gürcüstan Parlamentinə baş çəkəcək və qanunvericilik orqanın spikeri David Bakradze ilə görüşəcək. Görüşdən sonra birgə brifinq keçiriləcək.

Səfər çərçivəsində Dequtiene Vilnüs meydanına və İaşvili adına uşaq xəstəxanasına baş çəkəcək.

O, Təsviri İncəsənət Muzeyində də olacaq. Səfərin sonunda Seym sədri ölkə Prezidenti Mixail Saakaşvili ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti