...

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 May 2010 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə cümə axşamı Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (ƏLAVƏ OLUNUB)

RED. əlavə: dördüncü abzasdan sonra əlavə olunub

Аzərbaycan, Bakı, 27 may /Trend, müxbir М.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə cümə axşamı Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısi abidənin önünə əklil dəstəsi qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev İstiqlaliyyət küçəsindəki binaların fasadlarında, eləcə də paytaxtın Filarmoniya bağında həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə tanış olub, "Respublika" mehmanxanasında aparılan təmir və bərpa işlərinin gedişi ilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti