...

Brüsseldə Respublika Günü münasibətilə bayram tədbiri təşkil olunub

Siyasət Materials 1 İyun 2010 16:14 (UTC +04:00)
Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında missiyası tərəfindən 28 May - Respublika Günü münasibətilə təntənəli bayram tədbiri təşkil olunub.
Brüsseldə Respublika Günü münasibətilə bayram tədbiri təşkil olunub

Аzərbaycan, Bakı, 1 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında missiyası tərəfindən 28 May - Respublika Günü münasibətilə təntənəli bayram tədbiri təşkil olunub.

Tədbirdə Azərbaycanın əməkdar artisti Xanlar BəşirovHəsənağa Sadıxovun rəhbərlik etdikləri "Azərbaycan qartalları" və "Mahirlər" ansamblı konsert proqramı ilə çıxış ediblər. "Yallı", "Zorxana", "Şəki", "Qazaxı", "Çobanlar" və digər milli rəqslər ifa olunub. Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin yeməkləri təqdim olunan rəsmi ziyafət təşkil edilib.

Tədbirdə rəsmi şəxslər və Belçika ictimaiyyətinin nümayəndələri, xarici dövlətlər və diplomatik korpusların səfirləri, Avropa İttifaqı institutunun nümayəndələri, həmçinin Belçikada yaşayan azərbaycanlılar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti