...

Rumıniya Prezidenti hesab edir ki, Gürcüstanın NATO-ya üzvlüyü fəaliyyət planından keçmədən də mümkündür

Siyasət Materials 3 İyun 2010 14:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın NATO-ya daxil olması üzvlük fəaliyyət plansız (MAP) da mümkündür. Bu barədə Rumıniya Prezidenti Trayan Basesku Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə Buxarestdə keçirdiyi birgə brifinqdə bəyan edib.

Gürcüstan TV-nin məlumatına görə, Saakaşvili və Basesku Gürcüstanın NATO-ya daxil olması, dondurulmuş münaqişələri və iqtisadi məsələləri nəzərdən keçiriblər.

"Qeyd etmək istəyirəm ki, Kosovonun müstəqilliyinin tanınması Gürcüstan üçün nümunə ola bilməz", - Basesku deyib. O qeyd edib ki, NATO sammiti yaxınlaşır və Rumıniya Gürcüstanın cəhdlərini yaxşı başa düşür.

"Bizim mövqeyimiz dəyişməyib və Gürcüstanın NATO-ya üzv olacağına qəti əminik. Biz bunun dəqiq tarixini deyə bilmərik, lakin Gürcüstanın NATO-ya üzvlüyü fəaliyyət planı olmadan da mümkündür", - Basesku bəyan edib.

Rumıniya Prezidenti mayın 30-da Gürcüstanda keçirilən yerli seçkilərə də toxunub və qeyd edib ki, "Gürcüstan siyasi təhlükəsizlik, sabitlik və demokratik proseslərin dərinləşdirilməsi baxımından mübarizəni ikiqat artırıb".

Xəbər lenti

Xəbər lenti