...

Brüsseldə Avropa İttifaqının Xəzər regionunda yeni siyasətinin formalaşdırılması müzakirə olunacaq

Siyasət Materials 3 İyun 2010 18:04 (UTC +04:00)
İyunun 7-si Brüsseldə Transxəzər siyasi platforması proqramı, həmçinin Kral Boduen Fondu çərçivəsində Avropa Siyasəti Mərkəzinin təşkilati dəstəyi ilə "Avropa İttifaqı və Xəzər regionu: strategiya seçimi" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Brüsseldə Avropa İttifaqının Xəzər regionunda yeni siyasətinin formalaşdırılması müzakirə olunacaq

Аzərbaycan,Bakı, 3 iyun /Trend, müxbir М.Əliyev/

İyunun 7-si Brüsseldə Transxəzər siyasi platforması proqramı, həmçinin Kral Boduen Fondu çərçivəsində Avropa Siyasəti Mərkəzinin təşkilati dəstəyi ilə "Avropa İttifaqı və Xəzər regionu: strategiya seçimi" mövzusunda "dəyirmi masa" keçiriləcək. Bu barədə mərkəzdən verilən məlumatda deyilir.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev "dəyirmi masa"da əsas məruzəçi kimi çıxış etmək üçün Brüsselə rəsmi səfər edəcək.

Tədbirdə Avropa Siyasəti Mərkəzinin baş məsləhətçisi və Transxəzər siyasi platformasının sədri Borut Qrqik, Aİ-nin Mərkəzi Asiyada xüsusi nümayəndəsi Pyer Morel, Avropa Parlamentinin üzvü Yevgeni Kirilov, İpək yolu İnstitutunun direktoru Svante Kornel, Avstriya Neft Şirkətinin (OMV) Xəzər regionu üzrə regional direktoru, həmçinin Qazaxıstan Respublikasının Avropa İttifaqında fövqəladə və səlahiyyətli səfiri Erik Utembayev iştirak edəcəklər.

Əsas məqsədi Avropa İttifaqının Xəzər regionunda yeni və daha dinamik siyasətinin formalaşdırılması olan "dəyirmi masa" zamanı Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq,enerji təhlükəsizliyi,regional münaqişələrin həlli, investisiyanın cəlb olunması və iş əməkdaşlığının möhkəmlənməsi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti