...

Türkiyə AQFETM-in əsas prinsiplərini saxlamaq niyyətindədir - xarici işlər nazirinin müavini

Siyasət Materials 5 İyun 2010 14:13 (UTC +04:00)
Türkiyə təşkilatda nümayəndəliyi zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) əsas prinsiplərini saxlamaq niyyətindədir.
Türkiyə AQFETM-in əsas prinsiplərini saxlamaq niyyətindədir - xarici işlər nazirinin müavini

Türkiyə, İstanbul, 5 iyun /Trend, xüsusi müxbir А.Babayeva/

Türkiyə təşkilatda nümayəndəliyi zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) əsas prinsiplərini saxlamaq niyyətindədir. Bu barədə şənbə günü Türkiyə xarici işlər nazirinin müavini Ünal Çeviköz İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə təşkilatın inkişafına öz töhfəsini vermək niyyətindədir. Türkiyə və Qazaxıstan Qazaxıstanın ATƏT-də, Türkiyənin isə AQFETM-də nümayəndəliyi zamanı öz imkanlarını birləşdirmək istəyirlər", - Çeviköz deyib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Asiya ölkələri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı möhkəmləndirməyi qarşısına məqsəd qoyan və Asiya qitəsi dövlətlərini birləşdirən beynəlxalq forumdur. Türkiyə 2010-2012-ci illərdə struktura sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti