...

Avropa Azərbaycanlıları Cəmiyyətinin idarə heyətinin üzvləri Milli Məclisdə deputatlarla görüşüb

Siyasət Materials 7 İyun 2010 17:11 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn tətbiqinə ehtiyacımız var. Azərbaycanla Ermənistan eyni təşkilatın üzvləri olsalar da, qarşı tərəf qonşu ölkənin torpağında "seçkilər" keçirir. Bu barədə bazar ertəsi Milli Məclisdə Avropa Azərbaycan Cəmiyyətinın idarə heyətinin üzvləri ilə görüşündə deputat Asim Mollazadə bildirib.
Avropa Azərbaycanlıları Cəmiyyətinin idarə heyətinin üzvləri Milli Məclisdə deputatlarla görüşüb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Avropa Azərbaycanlıları Cəmiyyətinin idarə heyətinin üzvləri Milli Məclisdə deputatlarla görüşüblər.

"Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn tətbiqinə ehtiyacımız var. Azərbaycanla Ermənistan eyni təşkilatın üzvləri olsalar da, qarşı tərəf qonşu ölkənin torpağında "seçkilər" keçirir. Birləşmiş Krallıq Azərbaycanda ən böyük investisiyaya malik olan ölkədir, o Azərbaycanın bütövlüyünə daha çox maraqlı olmalıdır. Britaniya Parlamenti nümayəndəsinin də qondarma "seçki"lərdə iştirakı danışıq prosesinə mənfi təsir göstərir", - bu barədə bazar ertəsi Milli Məclisdə Avropa Azərbaycan Cəmiyyətinın İdarə Heyətinin üzvləri ilə görüşündə deputat Asim Mollazadə bildirib.

Görüş zamanı Avropa Azərbaycanlıları Cəmiyyətinın idarə heyətinin sədri Lord Con Leird Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onları maraqlandıran məsələlərə dair suallar veriblər.

Millət vəkili Rövşən Rzayev sualları cavablandırarkən bildirib ki, Dağlıq Qarabağın icması gözləyir ki, yenilənmiş Madrid prinsiplərindən irəli gələn məsələlər həll olunsun.

"Azərbaycan məsələnin həllinin sülh yolu ilə həll olunmasına tərəfdardır. Dağlıq Qarabağın azərbaycanlı icmasının hüquqları pozulur", - o deyib.

Avropa Azərbaycanlıları Cəmiyyəti 2004-cü ildə Böyük Britaniyada təsis edilmiş London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb, 2008-ci ilin noyabrında Londonda Lordlar Palatasında təqdimatı keçirilib. Azərbaycanın Avropa arenasında tanıdılması məqsədi ilə həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq Cəmiyyət Bakı ofisinin yaradılmasına qərar verib. Avropa Azərbaycan Cəmiyyətinin başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik Azərbaycanı Avropada tanıtmaq, Azərbaycanın beynəlxalq əlaqələrinin Avropa KİV-ində, siyasi və mədəni dairələrdə təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla Qərbin bu problemə diqqətini artırmaqdır.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.

Xəbər lenti

Xəbər lenti