...

Azərbaycanın Goranboy rayonunun prokuror müavini prokurorluq orqanlarından xaric edilib - Baş Prokurorluğun mətbuat xidməti

Siyasət Materials 11 İyun 2010 13:12 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Goranboy rayon prokurorunun müavini Ramiz Quliyevin bu sistemdən uzaqlaşdırılmasına səbəb onun sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməsi, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətməsi və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəlməsidir.
Azərbaycanın Goranboy rayonunun prokuror müavini prokurorluq orqanlarından xaric edilib - Baş Prokurorluğun mətbuat xidməti

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Goranboy rayonunun prokurorunun müavini prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Goranboy rayon prokurorunun müavini Ramiz Quliyevin bu sistemdən uzaqlaşdırılmasına səbəb onun sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməsi, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətməsi və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəlməsidir.

Bununla da Quliyev prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verib və "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozub.

Bu səbəbdən də o, Baş Prokurorluq üzrə 4 iyun 2010-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti