...

Tbilisidə Gürcüstan və Polşa arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 15 İyun 2010 16:36 (UTC +04:00)
Tərəflər siyasi və iqtisadi sahədə əməkdaşlıqla bağlı geniş məsələləri nəzərdən keçirərək Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasını və çoxtərəfli formatda qarşılıqlı əlaqələri müzakirə ediblər.
Tbilisidə Gürcüstan və Polşa arasında siyasi məsləhətləşmələr keçirilib

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə Gürcüstan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Tərəflər siyasi və iqtisadi sahədə əməkdaşlıqla bağlı geniş məsələləri nəzərdən keçirərək Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasını və çoxtərəfli formatda qarşılıqlı əlaqələri müzakirə ediblər. Bu barədə Trend-ə Gürcüstan XİN-dən məlumat veriblər.

Nazirlikdən bildiriblər ki, Polşa tərəfi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəstəklədiyini, eləcə də onun Avropa və Avroatlantik inteqrasiyasını bəyəndiyini bir daha təsdiq edib.

Tərəflər siyasi məsləhətləşmələrin növbəti mərhələsinin Polşanın paytaxtı Varşavada keçiriləcəyi ilə bağlı razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti