...

Azərbaycanlı alimlər Özbəkistanda "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" beynəlxalq elmi konfransında iştirak ediblər

Siyasət Materials 17 İyun 2010 10:29 (UTC +04:00)
Azərbaycanlı alimlər Səmərqənd Dövlət Universitetində keçirilən "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" beynəlxalq elmi konfransda iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı Səfirliyindən məlumat verilib.
Azərbaycanlı alimlər Özbəkistanda "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" beynəlxalq elmi konfransında iştirak ediblər

Özbəkistan, Daşkənd, 17 iyun /Trend, müxbir D.Əzizov/

Azərbaycanlı alimlər Səmərqənd Dövlət Universitetində keçirilən "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" beynəlxalq elmi konfransda iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı Səfirliyindən məlumat verilib.

Konfrans YUNESKO-nun mədəniyyətlərin və xalqların daha çox yaxınlaşmasına kömək edən tədbirin keçirilməsi çağırışı ilə YUNESKO Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu tərəfindən təşkil olunub və Şərqin iki dahi şairi və mütəfəkkiri - Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılğına həsr edilib.

Konfransın işində Özbəkistan, Türkiyə, İran, Tacikistan və Azərbaycandan olan ədəbiyyatşünaslar, dilçi və tarixçi alimlər iştirak ediblər.

Filologiya elmləri doktoru, professor Mehdi Kazımov "Nizaminin "Xəmsə"sində nəzirənin öyrənilməsinin bir sıra aspektləri haqda" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Şirindil Alışanov "Azərbaycan ədəbi düşüncəsində Əlişir Nəvai irsinin qiymətləndirilməsi məsələsi haqda" məruzə təqdim edib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri namizədi Səadət Şıxıyeva "XV-XVI əsrlərdə Azərbaycan - Özbəkistan ədəbi əlaqələri" (Seyid İmadəddin Nəsiminin poeziyası əsasında) məruzə təqdim edib.

Konfrans çərçivəsində orta əsrlər türkdilli və farsdilli ədəbiyyatların inkişafı, qarşılıqlı əlaqələri və təsirlərinə dair məsələlər müzakirə olunub.

Konfrans iştirakçıları üçün Səmərqənd və Buxaranın tarixi abidələrinə ekskursiyalar təşkil olunub.

Xəbər lenti

Xəbər lenti